Xidmətlər Nümunələr Rəylər Proses Suallar CV sifariş et

Sizi müsahibəyə
aparan CV!

24–48 saattəhvil müddəti
ATS uyğunavtomatik seçimə hazır
Düzəlişlərtam razılığınıza qədər
CV nümunəsi — HR biznes partnyoru
CV nümunəsi — Backend developer
CV nümunəsi — B2B satış meneceri
Yeni bildirişMüsahibəyə dəvət ✓
Problem

Müraciətlər niyə cavabsız qalır?

Çox vaxt səbəb təcrübənin azlığı deyil, onun necə təqdim olunmasıdır.

6–8 san.

Rekruter ilk baxışda bir CV-yə orta hesabla 6–8 saniyə ayırır. Namizədin seçilib-seçilməməsi məhz bu müddətdə həll olunur.

✕

ATS sistemi CV-ni düzgün oxumur

Cədvəllər, qrafik elementlər və qeyri-standart formatlar avtomatik seçim zamanı məlumatın itməsinə səbəb olur və CV rekruterə çatmır.

✕

Vəzifələr sadalanır, nəticələr görünmür

İşəgötürən öhdəliklərin siyahısını deyil, ölçülə bilən nəticələri və işinizin biznesə təsirini görmək istəyir.

✕

Bütün vakansiyalara eyni CV

Vakansiyanın tələblərinə və açar sözlərinə uyğunlaşdırılmayan CV digər namizədlər arasında seçilmir.

Xidmətlər

Nə ilə kömək edirik?

CV-dən müsahibəyə qədər — iş tapmağınız üçün lazım olan hər addımda yanınızdayıq.

Peşəkar CV hazırlanması

Təcrübənizi aydın və səliqəli yazırıq ki, işəgötürən sizi bir baxışda tanısın.

  • Sizinlə qısa söhbət əsasında
  • Uğurlarınız önə çıxır
  • PDF və Word faylı

Sahəyə özəl CV

Hər peşənin CV-si fərqlidir. Sizinkini məhz öz sahənizə uyğun yazırıq.

  • Satış və marketinq
  • Maliyyə və mühasibat
  • IT, mühəndislik, tibb

Portfolio hazırlanması

Dizayner, memar, SMM mütəxəssisi və fotoqraflar üçün: ən yaxşı işlərinizi bir peşəkar portfeldə toplayırıq.

  • Ən yaxşı işlərin seçilməsi
  • PDF və onlayn versiya
  • CV ilə eyni üslubda

Müsahibəyə hazırlıq

Müsahibədə nə soruşulacağını və necə cavab verəcəyinizi birlikdə hazırlayırıq.

  • Sizə veriləcək suallar
  • Özünüzü necə təqdim etməli
  • Fərdi məsləhətlər

ATS uyğun CV

Bir çox şirkət CV-ləri əvvəlcə proqramla yoxlayır. CV-nizi elə hazırlayırıq ki, bu yoxlamadan keçsin.

  • Vakansiyaya uyğun açar sözlər
  • Proqramın oxuya bildiyi format
  • Son yoxlama

Europass CV

Xaricdə iş, təhsil və ya təcrübə proqramı üçün Avropa standartında CV.

  • Rəsmi Europass formatı
  • İngilis dilində
  • Təqaüd və mübadilə üçün

Motivation Letter

"Niyə məhz siz?" sualına inandırıcı cavab verən məktub yazırıq.

  • Universitet və iş üçün
  • Yalnız sizə aid mətn
  • Cover letter variantı

Karyera konsultasiyası

Hansı vakansiyaya və necə müraciət etməli — birlikdə aydın plan qururuq.

  • Fərdi görüş
  • Sizə uyğun vakansiyalar
  • Müraciət planı

Hansı xidmət sizə uyğundur?

Bizə yazın — nəyə ehtiyacınız olduğunu birlikdə müəyyən edək.

Bizə yazın
Fərq

Adi CV vs CV.GROUP

Eyni təcrübə, fərqli təqdimat — və tamamilə fərqli nəticə.

Adi CV

Diqqət çəkmir
  • ✕Şablondan götürülmüş ümumi ifadələr
  • ✕ATS sistemləri tərəfindən düzgün oxunmur
  • ✕Vəzifələr sadalanır, nəticə və rəqəm yoxdur
  • ✕Qarışıq dizayn, 3–4 səhifə
  • ✕Bütün vakansiyalar üçün eyni versiya

CV.GROUP CV

Müsahibəyə dəvət gətirir
  • ✓Sizə xas, konkret və güclü ifadələr
  • ✓ATS-ə uyğun struktur və açar sözlər
  • ✓Ölçülə bilən nəticələr və nailiyyətlər
  • ✓Səliqəli, müasir dizayn — 1–2 səhifə
  • ✓Hədəf vakansiyaya uyğunlaşdırılmış məzmun
Necə işləyirik

4 addımda hazır CV

Şəffaf və aydın proses: siz məlumatları təqdim edirsiniz, qalan bütün işi biz görürük.

01

Müraciət

Instagram-da bizə yazın, hədəf vəzifəni qeyd edin və mövcud CV-nizi göndərin.

5 dəqiqə
02

Analiz

Təcrübənizi, güclü tərəflərinizi və hədəf vakansiyanın tələblərini təhlil edirik.

Qısa sorğu
03

Hazırlıq

Məzmun, struktur və dizayn sizin üçün sıfırdan hazırlanır.

24–48 saat
04

Təhvil

Hazır faylları təqdim edirik, lazım olduqda düzəlişlər edirik.

Müraciətə hazır ↗

Məxfilik

Şəxsi məlumatlarınız yalnız CV üçün istifadə olunur.

Vaxtında təhvil

Razılaşdırılmış müddətdə, gecikmədən.

Keyfiyyət zəmanəti

Nəticədən tam razı qalana qədər düzəlişlər edirik.

Operativ dəstək

Suallarınıza Instagram-da qısa zamanda cavab veririk.

Rəylər

Müştəri məmnuniyyəti

Müştərilərimizin CV-ləri aldıqdan sonra bizə göndərdiyi real mesajlar.

Aysel xanımın mesajı: müsahibədən keçib işə qəbul olub
Aylin xanımın mesajı: CV-ni 3 yerə göndərib, birində işə başlayıb
Orxan bəyin mesajı: işə qəbul olub, müsahibədə CV-nin səliqəli olduğunu deyiblər
Nigar xanımın mesajı: CV-ni göndərib, sabahdan işə başlayır
Suallar

Tez-tez verilən suallar

Cavabını tapmadınız? Bizə yazın — qısa zamanda cavablandıraq.

Sual ver

Standart təhvil müddəti 24–48 saatdır. Təcili hallarda CV 24 saat ərzində hazırlana bilər.

ATS (Applicant Tracking System) — şirkətlərin müraciətləri avtomatik süzgəcdən keçirdiyi sistemdir. CV düzgün formatda və uyğun açar sözlərlə hazırlanmayıbsa, rekruter onu heç görməyə bilər.

Bəli. Mövcud CV-nizi analiz edirik, güclü tərəfləri saxlayırıq və məzmunu, strukturu və dizaynı peşəkar səviyyəyə qaldırırıq.

Bəli. Dizayner, memar, SMM mütəxəssisi və fotoqraflar üçün ən yaxşı işlərinizi seçir, qısa təsvirlərlə səliqəli portfeldə toplayırıq — PDF və ya onlayn versiya şəklində.

Hədəf vəzifənizə uyğun ən çox verilən sualları birlikdə keçirik, cavablarınızı və özünüzü təqdimatınızı hazırlayırıq, sonda fərdi tövsiyələr veririk.

Azərbaycan və ingilis dillərində. Europass CV və xaricə müraciətlər üçün sənədlər ingilis dilində hazırlanır.

Instagram-da @cv.group.az səhifəsinə yazın və hədəf vəzifəni qeyd edin. Detalları razılaşdırdıqdan sonra dərhal işə başlayırıq.

Tam razı qalana qədər sizinlə birlikdə CV-ni təkmilləşdiririk — məqsədimiz nəticədən tam razılığınızdır.

Növbəti işiniz
bir CV uzaqlıqdadır.

Bu gün yazın — 48 saat ərzində müraciətə hazır peşəkar CV-niz olsun.

Bizə yazın